Press "Enter" to skip to content

7 müəllif və 3 redaktorun iştirakı ilə hazırlanan kitab

Son yeniləmə: 4 Fevral 2022 13:43

Kənan Quluzadə: Yeni kitab tələbələrin turizm destinasiyaları üzrə

nəzəri biliklər əldə etməsinə dəstək olacaq

Bayraqdar.info – Fevralın 4-də “Turizm Destinasiyalarının İdarəedilməsi” kitabı ictimaiyyətə təqdim olunub. Kitab Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi və təşkilatçılığı ilə hazırlanıb.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Turizm və Menecment Universitetində keçirilən təqdimatda kitabın ərsəyə gətirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdən danışılıb. Tədbirdə kitabın 7 müəllif və 3 redaktorun iştirakı ilə hazırlandığı bildirilib.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə yeni kitabın dərs vəsaiti olaraq tələbələrin turizm destinasiyaları üzrə əldə edəcəyi nəzəri biliklərə dəstək olacağını deyib. Sədrin müşaviri hazırda turizm destinasiyalarının inkişafı istiqamətində Agentliyin tabeliyində 4 Destinasiya Menecmenti Təşkilatının fəaliyyət göstərdiyini və gələcəkdə bu növ təşkilatların sayının artırılmasının nəzərdə tutulduğunu qeyd edib.

ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov çıxışında kitabın turizm sahəsində təhsil alan tələbələr və akademik heyət üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Z.Bağırov bundan əvvəl turizm destinasiyaları mövzusu üzrə Azərbaycan dilində bilik mənbələrinin, dərs vəsaitlərinin azlığının müəllimlərə, eləcə də tələbələrə mövzunu mənimsəməkdə çətinliklər yaratdığını qeyd edərək xüsusi məlumat əhəmiyyətli kitabı yüksək qiymətləndirdiyini və vəsaitin turizm təhsilinə öz töhfələrini verəcəyini diqqətə çatdırıb.

Məlumatda o da qeyd olunub ki, 223 səhifəli kitab destinasiya idarəetməsi mövzusu ilə əlaqəli Azərbaycan dilində ilk dərslik vəsaitidir: ““Destinasiyaların yaranması və inkişafının nəzəri əsasları”, “Turizm destinasiyalarının planlaşdırılması və idarə edilməsi”, “Turizm destinasiyaların cəlbediciliyi və dayanıqlılığı”, “Dəyişən dünya üçün destinasiya marketinqi”, “Milli turizm təşkilatları: Onların turizmin inkişafında yeri və rolu” adlı 5 fəsildən ibarət kitabda fəsillər üzrə ümumilikdə 17 bölmə mövcuddur”.

Çap edilmiş dərslik vəsaitləri tələbələrə çatdırılması üçün ölkənin turizm təhsili verən universitetlərinin kitabxanalarına paylanılacaq.

Kitabı elektron versiyada əldə etmək üçün bu keçiddən istifadə etmək mümkündür:

Mission News Theme by Compete Themes.