Press "Enter" to skip to content

“Soft Computing” konfransının açılış mərasimi

"Soft Computing"

Son yeniləmə: 3 Fevral 2022 14:49

Bayraqdar.info – Fevralın 3-də görkəmli elm xadimi, professor Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Soft Computing” üzrə səkkizinci ümumdünya konfransının onlayn şəkildə açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən fevralın 3-də bayraqdar.info-ya konfrans AMEA, AMEA İdarəetmə Sistemləri İnstitutu, Berkli Kaliforniya Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstəyi ilə baş tutub.

Konfransda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov Lütfi Zadənin dünya inqilabi texnologiyalarının yaranmasında müstəsna rolu olduğunu vurğulayıb. Nazir müavini əlavə edib ki, istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin daha yaxından tanıdılması məqsədilə ölkəmizin şagirdləri arasında məntiq olimpiadası keçirilir. Bundan başqa, dünya şöhrətli Azərbaycan alimi Lütfi Zadənin ideyalarının əcnəbi ölkə məktəbliləri arasında təbliği məqsədilə də olimpiada təşkil olunub.

“Nazir müavini çıxışının sonunda böyük alimin nəinki adı, eyni zamanda onun elmi irsinin ölkənin elmi və iqtisadiyyatı üçün əlavə dəyərlər yaradacağına ümidvar olduğunu diqqətə çatdırıb. Açılış mərasimində iştirak edən digər qonaqlar da öz növbəsində Lütfi Zadənin dünya elminin inkişafına verdiyi töhfələrdən danışıblar.

“Konfransın ilk günü öz işini plenar sessiya və seksiyalarla davam etdirib. Konfrans 4-5 fevral tarixlərində də işini davam etdirəcək”, – deyə Nazirlikdən verilən xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.