Press "Enter" to skip to content

Ötən il xarici kəşfiyyata casusluq edən 5 nəfər saxlanılıb – DSX

Dövlət Sərhəd Xidmətində müşavirə

Son yeniləmə: 3 Fevral 2022 14:30

Bayraqdar.info – Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Bayraqdar.infonun xəbərinə görə, müşavirədə bundan başqa o da bildirilib ki, 2021-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 26 aprel tarixində DSX-nın Cəbrayıl rayonunun Marallı kəndi, 04 oktyabr tarixində Cəbrayıl rayonu, 25 oktyabr tarixində Qubadlı rayonu ərazisindəki yeni hərbi hissələrinin açılışını etməsi, 20 oktyabr tarixində Zəngilan rayonun­da yeni hərbi hissəyə səfər etməsi, hərbi hissələrin xidməti-döyüş fəaliy­yətinin təşkili, hərbi qulluq­çuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yara­dılmış şəraitlə tanış olma­sı, Və­­tən Müharibəsində göstərdikləri rəşa­dətə, igidliyə və şücaətə görə 12 DSX hərbi qulluqçusunu “Vətən müharibəsi qəhrəmanı” adına layiq görməsi, sərhədçiləri 176 orden, 5203 medalla təltif­ləndir­məsinin, 23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mül­ki işçilərinin sosial müdafiəsinin güclən­diril­məsi barədə qərar verməsininin Dövlət Sərhəd Xidmətinin şəxsi heyə­ti üçün xüsu­silə əhəmiyyətli olması və böyük ruh yüksəkliyi ilə qarşı­lanması qeyd edilib.

“Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azər­baycan sərhədçiləri tərəfindən nəzarət altına götürülmüş, bu istiqamətdə sərhəd mü­ha­fizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib;

“Azərbay­can-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdi­ril­miş, hal-hazı­radək 178 ədəd sərhəd nişanı quraşdırılıb;

“Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­ları gücləndirilmiş, gəmilərin idarəetmə heyətlərinin peşəkar­lığı təkmil­ləş­dirilmiş, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb”, – deyə müşavirədə səsləndirilib.

Mission News Theme by Compete Themes.