Press "Enter" to skip to content

Ötən il 15 tondan çox narkotik xassəli bitki məhv edilib

Son yeniləmə: 3 Fevral 2022 16:45

Bayraqdar.info – “Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb”.

Bu sözlər fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Müşavirədə qeyd edilib ki, 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib.

“2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd reji­mini pozduq­larına görə 4 min 545 nəfər, axtarışda olan 2 min 154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, giz­li şəkildə sərhəd nəzarəti mən­təqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.

“Sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təli­mata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib”.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Pre­zi­dent Silahlı Qüv­və­lərin Ali Baş Komandanı İlham Əli­yevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edə­cəkləri vurğulanıb.

Mission News Theme by Compete Themes.