Son yeniləmə: 7 Fevral 2022 16:31
Bayraqdar.info – Krım tatar xalqının milli lideri, Ukrayna millət vəkili Mustafa Abdülcəmil Krımoğlu 2022-ci il üçün Nobel sülh mükafatına namizəd göstərilib. Onun namizədliyi Polşa dövləti tərəfindən irəli sürülüb.
Bu barədə Kırım Haber Ajansına polşalı hüquq müdafiəçisi Piotr Hlebovic məlumat verib. O, M.Krımoğlunun Polşa parlamentinin Aşağı Palatasının (Seym) vitse-spikeri Malgorzata Gosievska tərəfindən namizəd göstərildiyini deyib.
Qeyd edilib ki, Krım Tatar Milli Məclsinin üzvü Abmecit Süleymanov M.Krımoğlunun Nobel sülh mükafatına namizəd gösətərilməsi üçün 2020-ci ilin dekabrında Ukrayna Prezidentinin Ofisinə rəsmi müraciət etmişdi. M.Krımoğlunun bu ali mükafata namizədlyi 2009, 2011 və 2015-ci illərdə də verilib.
[…] Mustafa Krımoğlu Nobel mükafatına namizəd göstərildi […]