Press "Enter" to skip to content

İCESCO-nun Azərbaycanda ofisi təsis ediləcək

Anar Kərimov İCESCO-nun iclasında

Son yeniləmə: 3 Fevral 2022 09:47

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında fevralın 2-də onlayn formatda görüş keçirilib.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, görüş zamanı Azərbaycan və ICESCO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

“Bu konteksdə, gələcəkdə ICESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi və təşkilatın ekspertlərdən ibarət texniki missiyasının yaxın müddətdə ölkəyə mümkün səfəri müzakirə edilib. Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilib və ICESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.