Press "Enter" to skip to content

Emin Həsənli: Gənclərimizin qəhrəmanlığı hər birimiz üçün qürur mənbəyidir

Emin Həsənli

Son yeniləmə: 3 Fevral 2022 16:25

Bayraqdar.info – “2 fevral Azərbaycanda Gənclər Günüdü. Məlum olduğu kimi Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu il həmin tarixin rəsmən elan olunmasının 25-ci ildönümdür”.

Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O, qeyd edib ki, Ümummilli liderimiz Azərbaycan gəncliyinə çox yüksək qiymət verirdi: “Ulu öndər “Azərbaycanın gəncliyi Azərbaycanın gələcəyidi”, – deyirdi. Dahi şəxsiyyət Azərbaycan gəncliyinə inanır, gənclərin hərtərəfli inkişafı üçün xüsusi diqqət və qayğı göstərirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərlə bağlı müxtəlif qanunlar qəbul edildi, gənclər forumları keçirildi”.

E.Həsənlinin sözlərinə görə, bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlət başçısı Azərbaycan gənclərinə böyük diqqət və qayğı göstərir. Gənclərlə bağlı çöxsaylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, gənclər təşkilatlarının fəaliyyətinə geniş imkanların yaradılması, gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində oxuması üçün dövlət tərəfindən dəstək göstərilməsi, gənc nəslin sağlam böyüməsi üçün idman komplekslərinin yaradılması gənclərin dövlət idarəçiliyinə cəlb olunması, ölkənin ictimai, sosial, iqtisadi və mədəni həyatında önəmli rol oynaması deyilənlərin əyani sübutudur”.

Müsahibimiz bildirib ki, bu diqqət və qayğıdan güc alan Azərbaycan gəncləri vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə seçilir: “Cənab Prezidentin fevralın 2-də gənclərlə görüşündə bəyan etdiyi kimi ölkəmizdə elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər: “Azərbaycan gəncliyi Vətən müharibəsində sübut etdi ki, o qəhrəmandır. Sözügedən çıxışında dövlət başçısının bildirdiyi kimi bu gün bizim qəhrəman gənclərimiz – dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. 44 günlük Vətən müharibəsində gənclərimiz bir daha Azərbaycan xalqının qəhrəman xalq olduğunu bütün dünyaya sübut etdi. Həmin müqəddəs döyüşlərdə Vətən uğrunda, torpaq uğrunda irəli gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Azərbaycan xalqı bu gün gənclərimizlə qürur duyur. Bir sözlə, tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gənclik mühüm rol oynadı”.

Mission News Theme by Compete Themes.