Press "Enter" to skip to content

Dövlət Sərhəd Xidmətində müşavirə

Dövlət Sərhəd Xidməti

Son yeniləmə: 3 Fevral 2022 13:36

Bayraqdar.info – Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.

DSX-nin Mətbuat Mərkəzindən bayraqdar.info-ya bildirilib ki, hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, DSX-nın rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib. O, hərbi birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

2021-ci ilin Prezident, Azərbaycan tarixinin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azər­baycanın ərazi bütövlü­yü bərpa olunduqdan sonra DSX qarşısında qoyulmuş tapşı­rıqların yüksək səviyyədə yerinə yetirilməsi, Azərbaycan-İran döv­lət sərhədinin işğaldan azad olunmuş 132 km-lik sahə­sində sərhəd mühafizə infrastruk­tu­runun bərpası, Zəngilan, Qu­badlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədi­nin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi poten­sialının gücləndirilməsi, düşmənin təxribat­larının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əla­mətdar olması qeyd olunub.

Mission News Theme by Compete Themes.