Press "Enter" to skip to content

Dörddəbir final mərhələsinin ilk oyunlarının yekunu

Bayraqdar.info – Fevralın 2-də futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Peşəkar Futbol Liqasından bayraqdar.info-ya bildirilib ki, mərhələnin son qarşılaşmasında “Sumqayıt” klubu doğma meydanda “Qəbələ” komandasını qəbul edib. “Kapital Bank Arena”dakı görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. İkinci hissə tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

“Komandalar arasında cavab matçı fevralın 13-də Qəbələdə oynanılacaq.

“Qeyd edək ki, günün ilk oyununda “Zirə” öz meydanında “Səbail”i darmadağın edib – 4:0. Dünən keçirilmiş matçlarda isə “Qarabağ” evdə “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib, “Neftçi” klubu isə “Sabah”la bərabərə qalıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.