Press "Enter" to skip to content

“Dinamik gənclik həftəsi 2”

Son yeniləmə: 3 Fevral 2022 10:55

Bayraqdar.info – “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik gənclik həftəsi 2” layihəsi reallaşdırılıb.

Bu barədə bayraqdar.info-ya fevralın 3-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, 1 həftə davam edən layihənin əsas məqsədi gənclərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli keçirilməsidir. Bu istiqamətdə gənclər üçün ekskursiyalar, təlimlərlə yanaşı gənclərin şəxsi inkişafını dəstəkləyən və yeni bacarıqlar aşılayan masterklasslar, müxtəlif idman oyunları həyata keçirilib.

“ABAD” Keramika Mərkəzinə, “Zirə- Gülçülük” Kompleksinə, Arxeologiya və Etnoqrafiya Muzeyinə, Qala Arxeoloji- Etnoqrafik Muzey Kompleksinə, Atçılıq İdman Mərkəzinə təşkil olunmuş ekskursiyalar zamanı könüllülər hər bir qurumun fəaliyyəti ilə yaxından tanış olublar.

Könüllülərin asudə vaxtının səmərəli təşkili üçün futbol, futnet, teqbol turnirləri, dulusçuluq ilə əlaqədar master-klass həyata keçirilib. Həmçinin könüllülər “Azərbaycan Uşaqları” İctimai Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət ediblər.

Həmçinin “İnsan resurslarının idarə edilməsi”, “Süni İntellekt”, “Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera”, “İş axtararkən nəzərə alınmalı olan məqamlar və düzgün CV hazırlanması”, “Yeniyetmə və gənclər arasında nitq mədəniyyətinin inkişafı” mövzularında təlimlər baş tutub.

Mission News Theme by Compete Themes.