Press "Enter" to skip to content

ASCO əməkdaşları arasında intellektual yarış

ASCO

Son yeniləmə: 2 Fevral 2022 16:56

Bayraqdar.info – 2 fevral Azərbaycan Gəncləri Gününün təsis olunmasının 25 illiyi münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında intellektual yarış keçirilib.

ASCO-dan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, yarış ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. İntellektual oyunda ASCO-nun müxtəlif strukturlarını təmsil edən 6 komanda mübarizə aparıb.

Üç turdan ibarət yarışın qalibi ASCO-nun aparatını təmsil edən komanda olub. Növbəti yerlərdə isə Xəzər Dəniz Neft Donanmasının və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun təmsilçiləri qərarlaşıblar.

“Turnirin qalibi xüsusi kuboka layiq görülüb. Bundan başqa, yarışda iştirak edən komandaların hər bir üzvünə xüsusi hədiyyələr təqdim olunub. İntellektual oyun iştirakçıların böyük marağına səbəb olub. Onlar bu cür tədbirlərin təşkilinin təqdirəlayiq olduğunu qeyd edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.