Press "Enter" to skip to content

Ukrayna məsələsi Xorvatiyada siyasi gərginliyə səbəb olub

Xorvatiya Prezidenti Zolan Milanoviç

Son yeniləmə: 1 Fevral 2022 09:54

Bayraqdar.info – Ukrayna-Rusiya gərginliyi artıq digər ölkələrə də sirayət etməkdədir. Buna misal olaraq Xorvatiyanı göstərə bilərik.

Prezidentin sözlərinə görə Baş nazir üzr istədi

Belə ki, bir müddət öncə Xorvatiya Prezidenti Zolan Milanoviçin Ukrayna haqqında dediyi sözləri həm ölkə daxilində, həm də xaricdə kəskin etirazla qarşılanmışdı. Bundan sonra isə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç dövlət başçısının bu sözlərinə görə Ukraynadan üzr istəmişdi.

Lakin bu addım Prezidentin qəzəbinə səbəb olub. Ukrayna haqqında dedikləri sözün üstündə dayandığını bildirən Zolan Milanoviç bu azmış kimi xarici işlər nazirini də təhqir edib.

Balkan News xəbər verir ki, hakim Xorvat Demokratik Birliyinin (HDZ) yetkililəri Prezident Z.Milanoviçin Rusiya tərəfdarı olduğunu və son açıqlamaları ilə Xorvatiyaya ziyan vurduğunu bildiriblər. Bu tənqidlərə cavab verən Z.Milanoviç isə xarici işlər naziri Gordan Grlic Radmanı “axmaq” adlandırıb. Prezident həmçinin hökuməti Ruisya ilə bağlı məsələdə “ikiüzülülük etməkdə” günahlandırıb.

Mission News Theme by Compete Themes.