Press "Enter" to skip to content

Türk dünyasının Barışı

Baris Manço

Son yeniləmə: 1 Fevral 2022 13:16

Bayraqdar.info – Fevralın 1-i nənki Türkiyənin, bütün türk dünyasının sevilən sənətçisi Barış Mançonun anım günüdür. Rok, pop və müasir türk musiqi sənətinin görkəmli nümayəndəsi B.Manço 23 il bundan əvvəl fevralın 1-də ürək tutmasından dünyasını dəyişib.

1943-cü il yanvarın 2-də Üsküdar əyalətində İsmail Hakkı Manço ilə müğənni Rikkat Uyanık cütlüyünün ailəsində dünyaya gələn B.Manço 3 yaşında olarkən valideynləri ayrılır. Barış atasının himayəsində qalır.

Kadıköy Gazi Mustafa Kemal Paşa İlkokulunu bitirən B.Manço, atasının vəfatından sonra Galatasaray Liseyində təhsilini yarımçıq qoyaraq, Şişli Terakki Liseyinə keçib.

Uşaqlıqdan musqiyə həvəsi olan B.Manço ilk qrupunu 1958-ci ildə Galatasaray Liseyində oxuyarkən “Barış Manço ve Kafadarlar” adıyla qurub. O, musiqi həyatında ilk konsertini də Galatasaray Liseyinin konfrans salonunda verib.

Bundan sonra bir neçə qrupla çalışan B.Manço 1963-cü ildə Belçikaya böyük qardaşı Savaş Mançonun yanına gedib. Orada Belçika Gözel Sənətlər Akademiyasına daxil olub.

Peşəkar sənətçi kimi ilk albomuna Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünün qeyd ediləcəyi 2023-cü ilin şərəfinə “2023” adı verən sənətkar müsahibələrin birində demişdi: “Mənim bir neçə arzum var. Ən böyük arzum isə 80 yaşımda əlimdə əsa, bəlkə də qolumdan tutmuş oğlum Doğukanın köməyi ilə səhnəyə çıxaraq, simfonik orkestrin ifasında 2023-ün ifasını dinləməkdir”.

40 ilə yaxın həyatından 200 musqi bəstələyən B.Manço çoxlu sayda mükafatlara, fəxri adlara, həmçinin 1991-ci ildə “Türkiye Cumhuriyeti Devlet Sanatçısı” ali mükafatına layiq görülüb.

Sonda qeyd edək ki, türk dünyasının Barışı kimi hörmət qazanan sənətkar Azərbaycanda da çox sevilir. SSRİ dağılandan sonra Azərbaycana səfər edən və buradan verilişlər hazırlayan B.Mançonun mahnıları bu gün də dillər əzbəridir.

Mission News Theme by Compete Themes.