Son yeniləmə: 1 Fevral 2022 20:57
Bayraqdar.info – Fevralın 1-də Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
MM-in İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən bayraqdar.info-ya bildirildiyinə görə, müzakirələrdən sonra Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.