Press "Enter" to skip to content

Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb

Bayraqdar.info – 2021-ci ildə Azərbaycanda sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Bu barədə bayraqdar.info-ya fevralın 1-də İqtisadiyyat Nazirliyindən mılumat verilib.

Bildirilib ki, sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənmsındə əlverişli mexanizmdir. İndiyədək sənaye zonalarında ümumilikdə 5,8 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun da 1,7 milyard manatlıq hissəsi (təqribən 29 faizi ) ixrac olunub.

2020-ci ildə sənaye zonalarında 1,27 milyard manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ildə 88,3 faiz çox, yəni 2,4 milyard manat dəyərində (qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz) məhsul istehsal olunub. Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2,7 dəfə artıb (qeyri-neft sənaye məhsullarının ixracında payı 30,8 faiz).

Qeyd olunub ki, sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Bu günlərdə isə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC ilk məhsul ixracını həyata keçirib. Belə ki, müəssisədə istehsal olunan “PallMall” brendli siqaretlərin Gürcüstana ixracına başlanılıb.

Qeyd edək ki, “Tabaterra” QSC 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və müəssisədə Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən üç növdə 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir. Müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir.

Mission News Theme by Compete Themes.