Son yeniləmə: 1 Fevral 2022 14:41
Bayraqdar.info – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə “ADY Konteyner” MMC arasında fider daşımalarla bağlı yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
ASCO-dan bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, müqaviləyə əsasən, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” quru yük gəmisi ilə Ələt-Türkmənbaşı-Ələt limanları arasında konteyner yükü daşınacaq.
“Qeyd edək ki, “Şair Sabir” quru yük gəmisi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir”, – deyə məlumatda qeyd edilir.