Son yeniləmə: 1 Fevral 2022 01:22
Bayraqdar.info – “Pandemiya dönəmində dünyada kömür qiymətləri 5 dəfə, təbii qaz qiymətləri 10 dəfə artarkən, biz ölkəmizdə bu qiymət artımının vətəndaşlarımıza mənfi təsir göstərməməsi üçün böyük səy göstərdik”.
Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan deyib. Yanvarın 31-də Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran R.T.Erdoğan bildirib ki, “uzun müddət təbii qaza görə 75 faiz, işıq puluna isə 50 faiz subsidiya tətbiq etdik. İlin əvvəlindən biz enerji bazarlarında davamlılığı təmin etmək üçün tariflərdə məcburi düzəlişlər etməli olduq”.
Türkiyə Cümhurbaşqanı həmçinin əhali üçün sevindirici bir xəbər də verib: “Vətəndaşlarımızın işıq pullarının 2, hətta 3 dəfə artması ilə bağlı şikayətləri əsasında müvafiq qurumlarımıza elektrik enerjisi tariflərinə yenidən baxılması barədə göstəriş vermişik. Bu çərçivədə ən aşağı tarifdə sutkada 5 kilovat olaraq hesablanan istehlak miqdarını 7 kilovat-a çatdırırıq. Beləliklə, aylıq istehlakı 150 kilovatdan 210 kilovat-a çatdırırıq. Fevral ayında istehlak ediləcək elektrikə görə ödəmə vətəndaşlarımızın xeyrinə ediləcək bu yeni tənzimləməyə uyğun aparılacaq”.