Son yeniləmə: 1 Fevral 2022 12:34
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Statistika Komitəsinin əməkdaşları Finlandiyada səfərdə olublar. Səfər Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya fevralın 1-də Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər müddətində Finlandiya Statistika İdarəsinin və Vergi Administrasiyasının mütəxəssisləri tərəfindən təqdimatlar tıqdim ediloib. Təqdimatlar ölkənin biznes statistikası, biznes statistikasının təşkili, maliyyə, sənaye müəssisələri üzrə statistikanın aparılması, statistik məlumat mənbələri, statistik vahidlərin reyestri, məlumatların nəşri və yayımlanması prosesləri, gəlir vergisinin statistikasının aparılması, vergi məlumatlarının rəsmi statistikada istifadəsi, vergi məlumatlarının inteqrasiyası və s. mövzulara dair olub.
Təlim iştirakçıları finlandiyalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.