Press "Enter" to skip to content

Məscidlərə dini rəhbəri icra hakimiyyəti orqanı təyin edəcək

Qafqaz Müsəlmanları İdarəsi

Son yeniləmə: 1 Fevral 2022 15:34

Bayraqdar.info – Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Qanun layihəsi Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

MM-in İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən fevralın 1-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, layihəyə əsasən, Qanunun 8-ci və 9-cu maddələrində dəyişiklik edilib.

“Layihəyə əsasən, 12-ci maddənin ikinci və üçüncü hissələrində də müəyyən dəyişikliklər aparılıb. Yeni redaksiyada verilmiş mətndə deyilir ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

“Qanunun 18-ci maddəsinə edilən əlavəyə görə isə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Həmçinin müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər”, – deyə MM-in xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.