Press "Enter" to skip to content

Zakir Həsənov Türkiyəyə səfər edəcək

Zakir Həsənov və Hulusi Akar

Son yeniləmə: 31 Yanvar 2022 17:55

Bayraqdar.info – Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də qardaş Türkiyəyə işguzar səfərə yola düşəcək. Səfər Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutacaq.

Bu barədə bayraqdar.info-ya yanvarın 31-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb səhələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələr müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Mission News Theme by Compete Themes.