Press "Enter" to skip to content

Şuşa ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Şuşa

Son yeniləmə: 31 Yanvar 2022 11:13

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək.

Bu barədə bayraqdar.info-ya İnstitutun İctimaiyyətlə əlqalər şöbəsindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də keçiriləcək konfransın məqsədi şəhərin tarixi, görkəmli şəxsiyyətləri, milli-mənəvi və sosial-mədəni irsi, ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır: “Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşanın Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, Şuşada dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək”.

O da vurğulanıb ki, konfransa alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək elmtarixi@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Mission News Theme by Compete Themes.