Press "Enter" to skip to content

Sərhəd komissiyası öz işini davam etdirəcək

Son yeniləmə: 31 Yanvar 2022 12:18

Bayraqdar.info – Qırğızıstan və Tacikistan hökumətlərarası sərhəd komissiyası öz işini davam etdirəcək.

Bu barədə Krım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimov yanvarın 30-da bir araya gəliblər. Batken bölgəsində keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

İki ölkə rəsmiləri əvvəlki qərara uyğun hərəkət edəcəklərini açıqlayıblar. Görüşdən sonra general K.Taşıyev batkenlilərə hərbi texnikanın təhvil verilməsi ilə bağlı şad xəbər verib.

Mission News Theme by Compete Themes.