Press "Enter" to skip to content

Səfir Hondurasın Prezidentinin andiçmə mərasimində

Son yeniləmə: 31 Yanvar 2022 09:37

Bayraqdar.info – Azərbaycan Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş Prezidenti Sioamara Kastronun andiçmə mərasimində iştirak edib.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, mərasim paytaxt Tequsiqalpanın mərkəzi stadionunda keçirilib. Mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri üçün ziyafət təşkil olunub.

Ziyafət zamanı M.Talıbov Hondurasın ilk xanım dövlət başçısı olan Siomara Kastroya Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident S.Kastro hökumətinin Hondurasla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Mərasimdə iştirak edən Hondurasın yeni Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq naziri Eduardo Enrike Reina ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.

Mission News Theme by Compete Themes.