Son yeniləmə: 31 Yanvar 2022 18:13
Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oxucuları üçün daha bir yenilik edib. Belə ki, fevralın 1-dən etibarən Türkiyənin iqtisadi, sosial, sektoral və regional məlumatlarını özündə birləşdirən “dataTurkey” verilənlər bazası MEK oxucuları üçün aktiv olacaq.
Bu barədə bayraqdar.info-ya yanvarın 31-də MEK-dən məlumat verilib.
Qeyd edilib ki, “dataTurkey” Türkiyənin iqtisadi, sosial, sektoral və regional verilənlərini birləşdirən bir məlumat bazasıdır: “Müntəzəm olaraq yenilənən “dataTurkey”in tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların seçilmiş verilənlərini tək platformada əldə etmək, verilənləri rahatlıqla idarə etmək, statistik və dinamik hesabat hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müəyyən edilmiş cədvəl və qrafikləri müxtəlif formatlarda yükləmək, istifadə etmək, müqayisəli cədvəllər yaratmaq, metadata fayllarını araşdırmaq mümkündür”.
Məlumatda vurğulanır ki, oxucular MEK-in rəsmi saytındakı “Beynəlxalq e-resurslar” bölməsinə daxil olmaqla bu bazadan istifadə edə bilərlər.