Press "Enter" to skip to content

Laçın obalarında suvarma mövsümünə hazırlıq

Son yeniləmə: 31 Yanvar 2022 09:18

Bayraqdar.info – Laçın obalarında suvarma mövsümünə hazırlıq işləri görülür.

Bu barədə bayraqdar.info-ya yanvarın 31-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, 1990-cı ildən Ağcabədi rayonu Taxtakörpü ərazisində fəaliyyət göstərən Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyasır ayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir: “İdarənin balansında olan suvarmaya yararlı sahələr 18 min 510 hektardır. Ondan 12600 hektarında kənd təsərrüfatı əkinlərində istifadə olunur”.

Rayonda Kollektor-Dren şəbəkələri yaradılıb ki, bu drenlər ilkin suyığıcı və qapalı drenlər olmaqla ümumi uzunluğu 21 kilometrə yaxındır. Su itkisinin qarşısının alınması və suvarma suyunu fermerlərə daha asan çatdırılması üçün son illər torpaq məcralı kanalların beton üzlüyə alınması prosesi gücləndirilib:“Başlanğıcını Fingə-1 nasos stansiyasından götürən və uzunluğu 6.5 km olan torpaq məcralı kanalın bir hissəsi 2020 və 2021-ci illərdə beton üzlüyə alınıb. Bu işlər ardıcıllıqla növbəti illərdə də davam etdiriləcək”.

O da vurğulanıb ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında olan 17 ədəd nasos stansiyanın hər biri növbəti suvarma mövsümünə hazır vəziyyətə gətirilib: “Bundan başqa suvarmada önəmli yeri olan ümumi suvarma kanallarının uzunluğu 349 km-dir. O cümlədən beton kanallar 19 km-ə yaxın, boru kəməri 4 km və torpaq kanallar 326 km-dir. Hazırda torpaq kanallarda növbəti suvarma mövsümünə hazırlıq məqsədilə lildən təmizləmə işləri görülür. Görülən işlər rayonda fəaliyyət göstərən fermerlərin də ürəyincədir. Onlar növbəti mövsümdə daha geniş sahələrdə əkin apararaq bol məhsul əldə etməyi planlaşdırırlar”.

Qeyd edilib ki, Laçın Suvarma Sistemləri İdarəsininbalansında olan ərazi relyefinə görə, müxtəlifdir. İdarənin xidməti ərazisi Qarqarçay və Kür çayları əhatəsində yerləşir.Suvarma suyu özaxımı ilə və mexaniki üsulla Kür çayından götürülərək əkin sahələrinə verilir.

Mission News Theme by Compete Themes.