Son yeniləmə: 31 Yanvar 2022 11:00
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyə səfərindən məmnun qalıb. Bu barədə o səfərin yekununa dair dəyərləndirməsində bildirib.
Bununla bağlı məlumatda deyilir ki, səfər zamanı E.Tatar Kayseri və Ankarada önəmli görüşlər keçirib. Xüsusilə də Türkiyənin vitse-prezidenti Fuat Oktayla görüşdə önəmli məsələlər müzakirə edilib.
Bununla bağlı E.Tatar “Hörmətli Fuat Oktaya Kıbrıs və regional məsələlərlə yanaşı, KKTC-də yeni hökumətin qurulmasını müzakirə etdik. Türkiyə qısa zaman ərzində KKTC-də hökumətin qurulmasını istəyir”, – deyib.
E.Tatar həmçinin fevralın 7-də millət vəkillərinin parlamentdəki andiçməsindən sonra Faiz Sucuoğluna yeni hökuməti qurmaq səlahiyyətini verəcəyini vurğulayıb.