Press "Enter" to skip to content

Avtobus reyslərinin sayı artırılır

Son yeniləmə: 31 Yanvar 2022 14:40

Bayraqdar.info – İşğaldan azad olunmuş ərazilərə avtobus marşrutlarının təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

Bu barədə bayraqdar.info-ya yanvarın 31-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, təhlillər nəticəsində Bakı–Şuşa–Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən olunub. Beləliklə də bu istiqamətdə əlavə reysin açılması qərara alınıb.

Məlumatda vurğulanıb ki, fevralın 16-dan etibarən Bakı–Şuşa–Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.

Mission News Theme by Compete Themes.