Press "Enter" to skip to content

Avstraliyada yaşayan azərbaycanlı alimə yüksək etimad

Adil Bağırov

Son yeniləmə: 31 Yanvar 2022 14:40

Bayraqdar.info – Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib. Bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya yanvarın 31-də verilən məlumatda qeyd edilir ki, ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin əldə olunması üçün cavabdehlik daşıyır.

Avstraliyanın Ballarat şəhərində yaşayan professor Adil Bağırov1999-cu ildən Avstraliya Federasiya Universitetində (keçmiş Ballarat Universiteti) çalışır. Optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparır. Çoxlu sayda elmi əsərlərin və məqalələrin müəllifi,7 beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.

7 yanvar 1960-cı ildə Biləsuvar rayonunda anadan olan soydaşımız Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)Tətbiqi riyaziyyat fakültəsinin məzunudur.Avstraliyada yaşayana qədər Azərbaycan Milli Elmlər Akademiyası Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda, Bakı Dövlət Universitetində, Moskvanın Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb.

Mission News Theme by Compete Themes.