Press "Enter" to skip to content

Türkiyə ilə Azərbaycan arasında sosial sahədə əməkdaşlıq əlaqələri güclənir

Son yeniləmə: 29 Yanvar 2022 14:05

Bayraqdar.info – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər çərçivəsində H.Abdullayev qardaş ölkənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertəm ilə görüşüb.

Bu barədə bayarqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında bütün sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlıq əalqələrinin inkişaf edərək genişlənməsindən məmnunluq ifadə edilib. Azərbaycanda aparılan sosial islahatlar və müsbət nəticələri, sosial sahədə innovativ həllərin geniş tətbiqi, eləcə də sosial xidmətlər sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Nazir müavinləri iki nazirlik arasında qarşılıqlı əməkdaşlıq sahələrində görülən işlərə, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti həmin Nazirlikdə və onun qurumlarında bir sıra görüşlər keçirib, həmin qurumlarla təcrübə mübadiləsi aparıblar.

Səfər müvafiq fəaliyyət sahələri, həmçinin sosial xidmətlər, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə qarşılıqlı təcrübə mübadilələrinin və gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələrin aparılması məqsədinə xidmət edib.

Mission News Theme by Compete Themes.