Press "Enter" to skip to content

Qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək

Son yeniləmə: 29 Yanvar 2022 11:53

Bayraqdar.info – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yeni bir qərar qəbul edib. Bununla bağlı xəbərdə deyilir ki, vətəndaşlar fevralın 1-də Agentliyə onlayın müraciət edə bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə məqsəd COVİD-19 virusunun yayılmasının qarşısını almaqdır: “COVİD 19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə cari ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək”.
Bildirilir ki, qəbula yazılmaq üçün bu link vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 WhatsApp nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə almaq olar.

Mission News Theme by Compete Themes.