Press "Enter" to skip to content

“Qarabağ ilmələrdə” sərgisi

"Qarabağ ilmələrdə" sərgisi

Son yeniləmə: 29 Yanvar 2022 10:44

Bayraqdar.info – Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Mədəniyyət Evində Azərbaycanda xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar olaraq “Qarabağ ilmələrdə” adlı sərgi açılıb.

İdarədən bayraqdar.info-ya bildirilib ki, tədbirdə nümayəndəliyin baş məsləhətçisi Mehman Nəsirov, Mədəniyyət Evinin direktoru və əməkdaşları xalçaçılıq sənəti, xalçaçılığın inkişafı, tarixi, mədəni və maddi irsin qorunması haqqında geniş və əhatəli çıxışlar ediblər.

Mədəniyyət işçilərinin və Zəngilan rayon 33 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə xalça sənəti haqqında hazırlanan videoçarx təqdim olunub. Sonda iştirakçılar xalçalarla tanış olublar.

Mission News Theme by Compete Themes.