Bayraqdar.info –2021-ci il ərzində 305 min 308 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu göstəricinin 64 min737-si (21,2 faizi) ilkin, 240 min 571-i (78,8faizi) isə təkrar qeydiyyatın payına düşür.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindn məlumat verilib.
Bildirilib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılması, prosedurların sadələşdirilməsi, xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün innovativ yanaşmaların tətbiqi əsas məqsədlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məqsədlərin reallaşdırılması istiqamətində işləri davam etdirir.
O da vurğulanıb ki, 2021-ci il ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı ötən illə müqayisədə 28,6 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 48 min 588-i fərdi yaşayış və bağ evi, 91min 546-sı mənzil, 152 min 706-sı torpaq sahəsi, 3 min 593-ü qeyri-yaşayış binası, 8 min 019-u qeyri-yaşayış sahəsi, 809-u əmlak kompleksi, 47-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, ötən il ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 101 min 906-sı Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.