Son yeniləmə: 29 Yanvar 2022 19:46
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci ildə 4455 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Bu barədə bayraqdar.info-ya yanvarın 29-da ƏƏSMN-dən məlumat verilib.
Bildirlib ki, onlar şəhid ailələri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olub.
Həmin şəxslər Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçiblər.