Press "Enter" to skip to content

29 yanvar – Batı Trakya türklərinin dirəniş günü

Son yeniləmə: 29 Yanvar 2022 11:40

Bayraqdar.info – “O gün şanlı bir dirəniş olaraq tarixə düşdü”.

Bunu Batı Trakyadakı Gümülcine seçilmiş müftisi İbrahim Şerif 1988-ci il 29 yanvar hadisələri barədə Anadolu Ajansına açıqlmasında deyib.

Xatırladaq ki, Yunanıstanda türk adları ilə olan dərnəklərin başğlanması Batı Trakyanın türk azlığının etirazlna sıbəb olub və bu etiraz 29 yanvar 1988-ci il aksiyası ilə tarixə düşüb.

Həmin dövrlərə tarixi nəzər salan İ.Şerif deyib ki, Batı Trakya türklərinin həyatında ən ağır dönəım 1967-ci ildə Yunanıstanda baş verən hərbi çevrilişdən sonra olub. Belə ki, türklrəin müqavilələr əsasında əldə etdikləri hüquqlar bu çevrilişdən sonra demək olar ki, əllərindən alınıb: “İlk növbədə ibtidai sinif kitablarındakı, məktəb lövhələrindəki türkcə sözləri ləğv edildi. Məktəblərdə türkcə dərsləri də yunan dilində aparılmağa başladı. Sonrakı illərdə türk azlığın vətəndaşlıq hüququ da əllərində alındı. Azlıq nümayəndələrinin daşınmaz əmlak almasına və sürücülük vəsiqəsi almasına icazə verilmədi.Türk Gənclik Birliyinin (GTGB) və İskeçe Türk Birliyinin (İTB) lövhələrindəki “Türk” sözünün götürülməsi bardağı taşıran son damla oldu”.

Türk azlığının dərnəklərlə bağlı qərara etiraz üçün kütləvi nümayiş keçirməyə qərar verdiyini ifadə edən İ.Şərif, “O gün tarixə şanlı bir müqavimət olaraq keçdi”, – deyib.

Mission News Theme by Compete Themes.