Press "Enter" to skip to content

2021-ci il ərzində 16 mindən çox yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb

Son yeniləmə: 29 Yanvar 2022 12:37

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci il ərzində 16 min 082 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci illə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 20,5 faiz artıb.

Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən il torpaq sahələrinin ilkin qeydiyyatı 2020-ci illə müqayisədə 23,8 faiz artaraq 15 min 637, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 37,1 faiz artaraq 3 min 670 olub.

2021-ci il ərzində həmçinin 237 min 447 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, 2020-ci il ilə müqayisədə 18,9 faiz artım deməkdir. 2021-ci ildə qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 2020-ci illə müqayisədə 64,5 faiz artaraq 53 min 775 olub.

Mission News Theme by Compete Themes.