Press "Enter" to skip to content

Separatçıların SİHA qorxusu

Son yeniləmə: 28 Yanvar 2022 10:18

Bayraqdar.info – Ukraynanın şərqində Donbasda Moskvanın dəstəklədiyi rusiyapərəst separatçılar Rusiyadan müasir silahlar tələb edirlər.

Milliyetin məlumatına görə bu barədə AFP xəbər yayıb.

Xəbərə əsasən separatçı liderlərdən biri Denis Puşilin Qərb ölkələrinin dəstəklədiyi Ukrayna ordusuna müqavimət göstərmək üçün silah istəyib.

Donbasdakı Kremlinsevərlərin sözçüsü olan Vladimir Solovyovla danışan Denis Puşilinin “Ən əsası, Bayraktarlara qarşı durmaq üçün silaha ehtiyacımız var” cümləsi xüsusilə diqqət çəkib.

Xəbərdə xatırladılır ki, Ukrayna Türkiyədən çoxlu sayda Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı (SİHA) alıb və rusiyapərəst separatçılara ilk hücum 2021-ci ilin oktyabrında həyata keçirilib.

Bu həm də Bayraktarın Avropadakı ilk hücumu idi. Məlumdur ki, Ukrayna ordusu həmin tarixdən Donbasda rusiyapərəst separatçıları hədəfə alıb.

Ötən həftə Rusiya mətbuatı Ukraynaya məxsus Bayraktar TB2 SİHA-larının Qara dənizdə patrul uçuşu həyata keçirərək kəşfiyyat məlumatı topladığını yazmışdı.

Mission News Theme by Compete Themes.