Press "Enter" to skip to content

Recep Tayyip Erdoğandan türkçə ilə bağlı mühüm mesaj

Recep Tayyip Erdoğan

Son yeniləmə: 5 Fevral 2022 20:50

Bayraqdar.info – “Türkçəmizi qorumaq üçün apardığımız mübarizə, əslində bir milli mübarizədir”.

Bunu qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan deyib.

Anadolu Ajansının məlumatına görə, R.T.Erdoğan yanvarın 27-də Cumhurbaşqanlığı Külliyesi Konfrans salonunda keçirilən Yunus Emre İli “Audio və vizual mediada türkcənin düzgün istifadəsi” mükafatlandırma mərasiminə qatılıb.

Cümhurbaşqanı R.T.Erdoğan “Sosial media kanallarında istifadə edilən dil türkcəmiz üçün bir fəlakətin xəbərçisidir. Türkcəmizi qorumaq, inkişaf etdirmək və zənginləşdirmək üçün apardığımız mübarizə əslində bir milli mübarizədir, yaşamaq məsələsidir”, – deyib.

Onu da qeyd edək ki, Türkiyə Cümhurbaşqanı Twitter hesabından da türkcə ilə bağlı paylaşımlar edib.

Mission News Theme by Compete Themes.