Son yeniləmə: 28 Yanvar 2022 10:47
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada beynəlxalq ekspert Marek Radvanskinin iştirakı ilə təlim keçirilib. Təlim ƏƏSMN-nin “Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində potensialının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya yanvarın 28-də ƏƏSMN-dən məlumat verilib.
Bildirlib ki, Nazirliyin və qurumlarının, habelə Dövlət Statistika Komitəsi əməkdaşlarının iştirak etdiyi təlim Avropa İttifaqı ilə birgə layihə üzrə Milli Observatoriyanın işçi və işəgötürənlər arasında “Bacarıqların proqnozlaşdırılması” mövzusunda keçirdiyi sorğunun nəticələrinə həsr olunub.
Təlim zamanı qeyri-formal məşğulluğun ölçülməsi sahəsində metodlar, habelə Avropa ölkələrinin təcrübəsi təlim iştirakçılarının nəzərinə çatdırılıb. Qeyri-formal iş sahələrinin müəyyənləşməsi, məşğulluğun ölçülməsi üçün sorğu sisteminin vacibliyi vurğulanıb.