Son yeniləmə: 28 Yanvar 2022 13:01
Bayraqdar.info – İsmayıl bəy Qaspıralı ilə bağlı araşdırmaları ilə tanınan özbəkistanlı akademik Dos. Dr. Zeynabidin Abduraşidovun “XX əsrin əvvəllərində İsmayıl Qaspıralı və Türkistan” əsəri Selenge Yayınları tərəfindən türk dilinə tərcümə edilib. Əsərin tərcüməçisi Hatice Kerimoğlu, tərtibçisi Doğan Mert Demir, redaktoru Dr. Emre Özsoydur.
Bununla bağlı məlumatda bildirilir ki, 2015-ci ildə rus dilində nəşr olunmuş kitabda maraqlı məqamlara toxnulur. Bəlli olduğu kimi XIX əsrin sonlarında Türküstan cəmiyyətində yeni islahat ideyası yavaş-yavaş püxtələşdi. Cedidçilik kimi tanınan bu ideya regionun ictimai-siyasi mövqeyində son dərəcə fəal rol oynamışdı. Cedidçilik hərəkatının intellektual əsaslarını quran şəxs Rusiya imperiyası ərazisində yaşamış Krım türkü İsmayıl Qaspıralı olmuşdur.
Bu kitabda İsmayıl Qaspralının Rusiya hakimiyyəti altında ideyalarını necə inkişaf etdirdiyi, onun türk ziyalıları arasında baxışlarının yetişmə prosesi, Türküstanda təhsil məsələsi və cedidçilərin bu mövzuya gətirdikləri islahat diqqət mərkəzindədir.
Bu yolla həm İsmayıl Qaspıralıya, həm də Türküstandakı cədidçilik hərəkatına nəfəs gətirəcək araşdırmada 19-cu əsrin sonlarında və XX əsrin əvvəllərində Rusiya və Xanlıq hökumətləri ilə Türküstan ziyalılarının Qaspıralıya münasibəti hərtərəfli və obyektiv şəkildə araşdırılır.