Bayraqdar.info – Yanvarın 26-da Mədəniyyət Naziliyi və “AVTO FM”in (107.7 FM) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri yayımlanan “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatının təqdimetmə mərasimi keçirilib.
Nazirlikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, mərasimi açıq elan edən tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli kino-radio kanal və onun mükafatı haqqında məlumat verib.
“Mərasimdə çıxış edənlər Nazirliyin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, “ProMediaGroup” MMC-nin təsisçisi və rəhbəri Cavid Nemətzadə, Azərbaycan Respublilası Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev “Cinema Radio” kino-radio kanalının formatı, onun əhəmiyyətindən danışıblar. “Cinema Radio” kino-radio kanalının rəhbəri “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımov və kino-radio kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibi onu elan ediblər.
“Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən, aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim edilib. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Oxuyur Müslüm Maqomayev” və “Odlar yurdu” filmlərindən əsərlər ifa edib”, – deyə xəbərdə qeyd edilir.