Press "Enter" to skip to content

Ersin Tatar Kayseridə Kıbrıs qaziləri ilə görüşüb

Son yeniləmə: 28 Yanvar 2022 10:35

Bayraqdar.info – “Kıbrısda bir razılaşma olacaqsa, bu yan-yana yaşayan iki dövlətin əməkdaşlığı nəticəsində olacaq”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Kayseriyə səfəri çərçivəsində Kıbrıs qaziləri ilə görüşdə deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, Kayseri Böyükşəhər Bələdiyyəsi binasında keçirilən görüşdə E.Tatar qazilərin yanında olmaqdan xoşbəxt olduğunu dilə gətirib. Cümhurbaşqanı Kıbrısın sıradan bir məsələ deyil, milli bir dava olduğunu ifadə edərək, Kıbrıs türk xalqının əmin-amanlıq içində yaşamasının vacib olduğunu bildirib.

Kıbrıs türk xalqının mübarizə tarixindən bəhs edən E.Tatar milli birliyin və həmrəyliyin önəminə də diqqət çəkib: “Meydanı boş buraxmamalıyıq”.

Cümhurbaşqanı KKTC-nin statusunu yüksəldərək xalqa daha sabit bir gələcək təqdim etmənin ən böyük görəvlərindən biri olduğunu bəyan edib.

Mission News Theme by Compete Themes.