Son yeniləmə: 28 Yanvar 2022 12:57
Bayraqdar.info – Bakının Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində cüdo üzrə gənclər arasında Bakı birinciliyinə başlanılıb.
Yanvarın 28-də oğlanlar arasında 60 kq. (34 nəfər), 66 kq. (36 nəfər), 73 kq. (23 nəfər), 100 kq. (5 nəfər) çəki dərəcəsində mübarizə gedəcək.
Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Çempionata paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 169 (161 oğlan, 8 qız) cüdoçu qatılıb. Onlar 2002 – 2004-cü il təvəllüdlülərdir.
“Əsas məqsəd 25 – 27 fevralda keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır”, – deyə xəbərdə bildirilir.