Press "Enter" to skip to content

Çiyələk istehsalçıları ilə görüş

Son yeniləmə: 28 Yanvar 2022 09:19

Bayraqdar.info – Cəlilabad rayonunda çiyələk istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. Görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə baş tutub.

KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, görüş quurmun Lənkəran regional koordinatorluğunun təşkilatçılığı ilə keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Almaniya və Türkiyənin müvafiq sahədə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Görüşdə xarici mütəxəssislər çiyələyin yetişdirilməsi, yığılması və satışı zamanı baş verə biləcək itkilərin qarşısının alınması üçün effektiv vasitə olan “freeze dry” texnologiyası barədə yerli sahibkarları məlumatlandırıb. Həmçinin gələcəkdə qeyd edilən texnologiya ilə çiyələyin qurudulması müəssisəsinin yaradılması üzrə investisiya imkanlarına dair müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmçinin sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb.

Mission News Theme by Compete Themes.