Press "Enter" to skip to content

Anadolu Universitetinin rektoru Azərbaycanda səfərdədir

Son yeniləmə: 28 Yanvar 2022 13:33

Bayraqdar.info – qardaş Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universitetin rektoru, Prof. Dr. Fuat Erdal Azərbaycanda səfərdədir.

Bu barədə bayraqdar.info-ya yanvarın 28-də Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatorluğundan məlumat verilib.

Bildirilib ki, rektor Prof. Dr. Fuat Erdalın Azərbaycana səfərində məqsəd Üniversitenin Azərbaycan proqramları birinci dönəm semestr imtahanlarını izləmək, həmçinin bir sıra ikitərəfli görüşlərdə iştirak etməkdir.

Xatırladaq ki, 2021-ci noyabrın 3-də bu universitetin Azərbaycan Proqramları üzrə uzaqdan təhsil yolu ilə (açıq öğretim) təhsil alan tələbələrin 2021-2022 dərs ili açılış tədbiri keçirilmişdi.

Anadolu Universitetinin Azərbaycan Proqramlarına böyük maraq

Həmin vaxt Universitetin Azərbaycandakı tələbələrinə texniki dəstək göstərilən binasında videokonfrans və zoom proqramları üzərindən gerçəkləşən tədbirdə Türkiyə studiyasında Universitetin rektoru, Prof. Dr. Fuat Erdal və Universitetin prorektorları, Bakı studiyasında isə Türkiyənin Azərbaycandakı səfiri, Dos. Cahit Bağcı, səfirliyin diplomatları, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev, media nümayəndələri və Universitetin tələbələri iştirak etmişdilər.
O videokonfrans zamanı Prof. Dr. Azərbaycan səfərə dəvət edilmişdi. Rektor isə qısa zamanda bu səfəri gerçəkləşdirəcəyini demişdi.

Mission News Theme by Compete Themes.