Son yeniləmə: 28 Yanvar 2022 12:53
Bayraqdar.info – Azərbaycanda COVID-19 pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək davam edir. Belə ki, sözgedən istiqamətdə sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 6940 müraciət daxil olub. Bu müraciətlər əsasında ümumilikdə 1,7 milyard manat məbləğində vəsait istənilib.
Bunu Sahibkarlığın İnkişafı Fondunun 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında Fondun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev deyib.
Yanvarın 28-də keçirilən mətbuat konfransında O.Xaliyev bildirib ki, müraciətlərdən 2630-na müsbət cavab verilib və dövlət zəmanəti ilə 499,8 milyon manat kredit ayrılıb. Kreditlərin say üzrə 99,4 faizi, məbləğ üzrə isə 91,7 faizi mikro, kiçik və orta sahibkarlarıq subyektlərinin payına düşüb.