Press "Enter" to skip to content

Türkiyənin ilk milli kəşfiyyat gəmisi dünya gündəmində

Son yeniləmə: 27 Yanvar 2022 11:32

TCG Ufuk gəmisinin komanda idarəetmə, elektronika, sınaq və təlim sistemi avadanlıqları ASELSAN tərəfindən hazırlanıb

Bayraqdar.info – Türkiyənin ilk kəşfiyyat gəmisi TCG Ufuk dünyanın diqqətindədir. Yanvarın 14-də Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxılan gəmi bır çox xüsusiyyətlərinə görə fəqrlənir.

Mərasimlə bağlı xəbərlərində geniş yer ayıran dünyanın aparıcı hərbi müdafiə üzrə nəşrləri prosesi diqqətlə izləyirlər. Həmin xəbərlərdə Türkiyənin bu sahədə ilk 10 ölkə sırasına daxil olduğu bildirilir.

Bununla bağlı bayraqdar.info-ya yanvarın 27-də Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, TCG Ufuk milli və yerli avadanlıqları ilə ingilisləri, fransızları və çinliləri xüsusilə maraqlandırıb. Məsələn İngiltərənin Jane’s Defence nəşrində “TCG Ufuk gəmisi sərt iqlim və dəniz şəraitində açıq dənizdə 45 gün tapşırığı yerinə yetirə bilər” deyə vurğulanıb. Çinin Xinhua rəsmi xəbər agentliyi “Türkiyə belə bir gəmiyə sahib dünyanın 10 ölkəsindən biri oldu”” ifadələrinə yer verib. FransanınNavalnews nəşri isə gəminin texniki xüsusiyyətlərinə diqqət yetirib.

Xatırladaq ki, TCG Ufuk gəmisinin komanda idarəetmə, elektronika, sınaq və təlim sistemi avadanlıqları ASELSAN tərəfindən hazırlanıb.

Mission News Theme by Compete Themes.