Press "Enter" to skip to content

Nazir Salyanda fermerlərlə görüşdü

"Pambıqçılıq - 2022": qarşıda duran vəzifələr" müşvirəsi

Son yeniləmə: 27 Yanvar 2022 13:31

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, yanvarın 26-da Salyanda “Pambıqçılıq – 2022: qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.  Müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, nazirin çıxışından sonra müşavirədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov mövcud su ehtiyatlarının daha səmərəli istifadə edilməsindən danışıb. O, əkin sahələrinin təsərrüfat suyu ilə təmin edilməsi məqsədilə görülən işlər, su qrafiklərinin yaradılması və EKTİS-ə inteqrasiyası barədə çıxış edib. O bildirib ki, növbəti mövsümdə də aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti təmin olunacaq.

KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Məmmədov, fermerlər Balaş Əhmədov, Əlibala Səlimov və digər şəxslər ölkədə pambıqçılığın inkişafı istiqamətində görülmüş işlər, qarşıdan gələn yeni mövsümə hazırlıqla bağlı çıxış ediblər.

“Pambıqçılıq – 2022″: qarşıda duran vəzifələr” müşvirəsi

“Müşavirədə pambıqçılığın inkişaf perspektivləri, fermerlərlə tədarükçü şirkətlər arasında əlaqələrin daha da gücləndirilməsi, toxum, gübrə, pestisid və texnika ilə təminat, iqlim dəyişikliyinin pambıqçılığa mənfi təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlər haqda müzakirələr aparılıb. Aqrotexniki qulluq tədbirlərinin texnoloji xəritəyə uyğun aparılmasının zəruriliyi, suvarma məsələləri və digər aktual mövzular ətrafında ətraflı söz açılıb.

“Fermerlərlə aktiv dialoq formatında keçirilən müşavirə görüş 3 saata yaxın davam edib. Fermerləri maraqlandıran suallar Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb. Səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

“Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib”, – deyə xəbərdə bildirilib.

Mission News Theme by Compete Themes.