Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlu: Antalya Diplomatiya Forumuna Ermənistanın xarici işlər naziri də qatılacaq

Mevlüt Çavuşoğlu

Son yeniləmə: 27 Yanvar 2022 18:26

Bayraqdar.info – Antalya Diplomatiya Forumuna (ADF) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və özəl təmsilçi Ruben Rubinyan da qatılacaq.

Bunu yanvarın 27-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

Mərkəzi Afrika Respublikasının xarici işlər naziri Sylvie Baipo Temon ilə keçirdiyi birgə mətbuat konfransında o, qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan da A.Mirzoyan və R.Rubinyanın ADF-yə qatıla biləcəyəni söyləyib: “Məmnun olarıq. Çünki Azərbaycan da gəlir. Burada Azərbaycan da öz fikirlərini söyləsin. Ermənsitan da söyləsin. Eyni şəkildə bu etimadın artırılmasında da bir addım olar”.

M.Çavuşoğlu Ermənistanla başlayan və Azərbaycanın da dəstəklədiyi münasibətlərin normallaşması prosesinin də davam etdiyini bildirib. Nazir fevralda Türkiyə ilə Ermənsitan arasında təyyarə uçuşlarının olacağını da qeyd edib.

Mission News Theme by Compete Themes.