Press "Enter" to skip to content

Latviyada növbəti tədris ili üzrə təhsil imkanı

Latviya

Son yeniləmə: 27 Yanvar 2022 09:56

Bayraqdar.info – Latviya Respublikası Hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.

Təhsil Nazirliyindən yanvarın 27-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2022-ci ildir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Mission News Theme by Compete Themes.