Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı Kayseriyə gedir

Ersin Tatar

Son yeniləmə: 27 Yanvar 2022 01:13

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar yanvarın 27-də Kayseriyə səfər edəcək.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, dəvət əsasında baş tutacaq səfər çərçivəsində bır sıra görüşlər və tədbirlər keçiriləcək. E.Tatarı səfərdə Kıbrıs Türk Ticarət Odası İdarə Heyətinin sədri Turgay Deniz və sədr müavini Ramazan Gündoğdu, Kıbrıs Türk Otelciler Birliyinin başqanı Dimağ Çağıner, Kıbrıs Türk Sanayi Odası İdarə Heyətinin sədri Ali Kamacıoğlu və digər şəxslər müşayət edəcək.

Səfər çərçivəsində Kayseri Universitetində “Mavi Vətəndə KKTC-nin rolu” mövzusunda konfransda çıxış edəəck E.Tatara orada fəxri doktor adı veriləcək.

Kayseridə Kıbrıs qaziləri ilə də bir araya gələcək KKTC Cümhurbaşqanı həmçinin mediaya açıqlamalar verəcək.

Mission News Theme by Compete Themes.